3 İyun 2022 12:09
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa İttifaqı Qarabağ münaqişəsinin nizamlanmasında iştirak etməməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Xankəndindəki separatçıların “dövlət naziri” Artak Beqlaryan “RİA Novosti”yə müsahibəsində deyib.

“Minsk Qrupunun həmsədrliyinin formatını və Rusiya sülhməramlı missiyasının effektiv rolunu nəzərə alaraq, hesab edirik ki, Qarabağ münaqişəsinin həlli məsələsi Avropa İttifaqı üçün danışıqların predmeti olmamalıdır”, - Beqlaryan bildirib.

O vurğulayıb ki, dialoq zəruridir: "Lakin o, “Rusiyanın Qərblə hazırkı çətin münasibətlərinin bir hissəsinə” çevrilməməlidir. Problemin həlli üçün artıq münaqişənin həllinə cavabdeh olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin beynəlxalq səviyyədə tanınmış formatı mövcuddur.

Qeyd edək ki, Xankəndindəki separatçılar Avropa İttifaqı şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan Ermənistan-Azərbaycan danışıqlarından kənarda qalıb. Avropa İttifaqı rəhbərliyi Qarabağdakı ermənilərə faktiki olaraq Azərbaycan vətəndaşları kimi yanaşma sərgiləyib. Bu fakt Qarabağ ermənilərinin 2-3 faizini təşkil edən separatçıların ciddi narahatlığı və narazılığı ilə müşahidə olunub. İndi separatçıların Avropa İttifaqına qarşı çıxması təsadüfi sayıla bilməz.


Müəllif: Nemət