3 İyun 2022 13:36
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə müzakirələr aparıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı məsələləri müzakirə ediblər.

Armen Qriqoryan bu kontekstdə Avropa İttifaqının rolunu yüksək qiymətləndirib.

Tərəflər mövcud humanitar problemlərə xüsusi diqqət yetirib, Ermənistan hərbçilərinin və Azərbaycanda saxlanılan digər şəxslərin repatriasiyası barədə danışıblar.


Müəllif: Nemət