16 İyun 21:31
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

On ölkədən olan səyahətçi və blogerlər Ağdama səfər ediblər.

Teleqraf.com xəbər verir ki, üç gün ərzində Ukrayna, Macarıstan, Hindistan, İsveç, Türkiyə, Danimarka, Almaniya, ABŞ, İspaniya və Sinqapurdan olan 24 nəfərlik qrup Azıx mağarasında, Şuşada və Ağdamda olublar.

Onlar Qarabağ xanının iqamətgahına baş çəkib, burada onlara abidənin tarixi barədə məlumat verilib. Qrup üzvləri ermənilərin törətdiyi dağıntıları, o cümlədən Xurşidbanu Natəvanın dağıdılmış məzarını öz gözləri ilə görüblər.

Səyahətçilər Ağdamdakı Cümə məscidini də ziyarət ediblər.


Müəllif: Teleqraf.com