17 İyun 01:42
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ən böyük mobil operatoru “Viva-MTS” Qarabağdakı ermənilər üçün xidməti dayandırır.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“İyulun 1-dən Qarabağda yaşayan ermənilər yalnız rouminq çərçivəsində mobil operatorun xidmətindən istifadə edə biləcəklər. Rouminq xidmətinin tarifləri barədə əlavə məlumat veriləcək”, - məlumatda deyilir.

Bildirilir ki, Xankəndi erməniləri Rusiyanın mobil operatorlarından birinin xidmətlərindən istifadə edə biləcəklər.


Müəllif: Teleqraf.com