17 İyun 12:50
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ombudsmanı Kristin Qriqoryan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ombudsmanın aparatı məlumat yayıb.

Qriqoryan həmsöhbəti ilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqları ilə bağlı danışıb.

Separatçıların müdafiəsinə qalxan ombudsman amerikalıya Azərbaycandan şikayət etməyi də unutmayıb.

Dövlət katibinin müavini Olson isə Ermənistanda insan haqlarının durumu ilə maraqlanıb, bu və digər sahələrdə nəzərdə tutulan islahatlar barədə ondan məlumat alıb.


Müəllif: Mənsur Rəğbətoğlu