20 İyun 17:03
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın təxribatlar edir, dövlət sərhədində mövqelərimizə atəş açır, nələrsə əldə etməyə çalışırlar. Mən hesab edirəm ki, əslində bu siyasətdir. Bu davranışın arxasında hər hansı bir hərbi ideya yoxdur. Ermənistanın indi real hərbi əməliyyat keçirməyə nə ordusu, nə texnikası, nə də gücü var”.

Bu fikirləri Teleqraf.com-a hərbi analitik Azad İsazadə son günlər Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirmək meyllərinin arxasında duran səbəbləri qiymətləndirərkən deyib.

Hərbi analitikin zənnincə, belə əsassız hərbi davranışlarla Ermənistan bir mesaj verə bilər:

“Məncə, onlar periodik özünü göstərir və nümayiş etdirirlər ki, narazıyıq, sakitlik istəyirsinizsə, bizimlə danışmaq və bizi də eşitmək lazımdır. Bununla da sanki Ermənistandakı hansısa qüvvələr danışıqlar prosesinə təsir etməyə can atırlar. Başqa əsaslar görünmür”.

Azad İsazadə əlavə edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin yoluna qoyulması, sülh sazişi və digər məsələlər əslində uzunmüddətli proseslərdir.

Onun sözlərinə görə, hələ qarşıda görüləcək çox sayda işlər var. Biz Laçın şəhərini nəzarət altına götürürük. Amma bununla iş qurtarmır. Görüləcək işlər çoxdur. Yəqin ki, bir müddətdən sonra hazırda rus sülhməramlıların nəzarəti altında olan ərazilərin məsələsi də gündəmə gələcək. Sözsüz ki, orada yaşayan ermənilər təhlükəsizliklə bağlı hansısa qarantiyalar istəyir. Qarantiyaları da az qala status səviyyəsinə qaldırmağa çalışırlar. Amma Azərbaycan bu məsələyə dair mövqeyi qətidir. Bakı çalışacaq ki, məsələni yoluna qoysun. Belə atmosferdə mümükndür ki, hansısa etirazlar, elə müqavimətlə də üzləşək. Bunlar gözlənilən hallardır. Əsas odur ki, iş getsin, problemimizi həll edək”.


Müəllif: Nemət