25 İyun 11:29
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda erməni separatçılarını daşıyan avtomobil qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qəzada bir hərbçinin öldüyü, dördünün yaralandığı bildirilib. Yaralananların durumu ağırdır.

Qəzanın naməlum şəraitdə, gecə saatlarında baş verdiyi deyilib.

Qəza zamanı avtomobildə olanlar müqaviləli hərbi qulluqçular olub. Hadisənin hansı istiqamətdə baş verdiyi bildirilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu