28 İyun 11:39
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afinada işgüzar səfərdə olan Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan Yunanıstan prezidenti Katerina Sakellaropulosla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə iki ölkə arasında ticarət, təhsil, mədəniyyət, informasiya texnologiyaları, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə Ermənistan-Yunanıstan əməkdaşlığının dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.

Mirzoyan Yunanıstan prezidentinə Qarabağ məsələsi ətrafındakı vəziyyəti, regional sülhün bərqərar edilməsinə yönəlmiş proseslərlə bağlı Ermənistan tərəfinin mövqeyini təqdim edib.

Mirzoyan Azərbaycanla 44 günlük müharibə zamanı Ermənistana dəstəyinə, xüsusilə də göstərilən humanitar yardıma görə Yunanıstana təşəkkür edib.

Qeyd edək ki, Yunanıstan 44 günlük Qarabağ müharibəsində işğalçıya verdiyi dəstəyə görə Azərbaycanın etirazına səbəb olmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu