2 Avqust 2022 17:30
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığında Qarabağ üzrə sazişlərin icrasını müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada qeyd edilib ki, Rusiya və Ermənistan liderləri 10 noyabr, 11 yanvar və 26 noyabr tarixli üçtərəfli sazişlərin həyata keçirilməsinin bəzi aspektlərini müzakirə ediblər.

Putin və Paşinyan müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər