4 Avqust 2022 12:54
2 488
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyanın bugünkü bəyanatı yeni müharibə deməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Ermənistan baş nazirinin hökumətin iclasındakı çıxışı zamanı səsləndirdiyi fikirlərə diqqət çəkib:

“Çıxışında Azərbaycanın üçtərəfli bəyanatı pozduğunu, sənəddəki üç bəndin yerinə yetirilməli olduğunu dedi: “Laçın dəhlizi açıq olmalıdır, Dağlıq Qarabağ ərazi vahidi qəbul edilməlidir, Dağlıq Qarabağla sərhəd xətti tanınmalıdır”.

Paşinyan eyni zamanda qeyd edib ki, Qarabağda Ermənistan silahlı qüvvələri yoxdur, “Dağlıq Qarabağın özünümüdafiə qoşunları” var.

Deyəsən, bu əbləh özünü təlxəkliyə qoyub və üçtərəfli bəyanatda “sülhməramlıların bölgəyə girişi ilə eyni vaxtda erməni hərbi birləşmələri bu əraziləri tərk etməlidirlər” ifadəsini qulaqardına vurur.

Bu absurd çıxışı ondan xəbər verir ki, Nikol 2018-2020 ci illərdə olduğu kimi, yeni müharibənin başlanmasını labüd edir. Çünki Ermənistandan 1 avqust tarixinə qədər silahlı birləşmələri çıxarmaq tələb edilmişdi”.

Zaur Məmmədov Paşinyanın Rusiya sülhməramlıları haqda tənqidi fikirlərinə də toxunub:

“Nikol çıxışı zamanı dünən və ondan qabaq ordumuzun lazım olan məntəqələrə nəzarəti təmin etdiyinə görə rus sülhməramlılarını ittiham edib. O bildirib ki, Ermənistan sülhməramlıların bölgəyə gəlişini hüquqi müstəvidə qəbul edib, ancaq Azərbaycan bilərəkdən onların Qarabağdakı fəaliyyətini leqallaşdırmayıb.

Deyəsən, Paşinyan yenə nələrisə səhv salır. Qarabağ Azərbaycan ərazisi olduğundan sülhməramlıların missiyasının İrəvan tərəfindən qəbul edilməsinin heç bir hüquqi əsası yoxdur.

O ki qaldı onun “Ermənistanın Zəngəzur dəhlizini açmağa hazırdır” bəyanatına, bu, indiki halda ciddi deyil. Dünən Müdafia Nazirliymiz bir daha əsas tələbin nədən ibarət olduğunu söylədi”.


Müəllif: Mənsur Rəğbətoğlu