“Fransa lideri Ermənistanla Azərbaycan arasında hər insidentdən sonra Bakıya zəng edir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Fransanın Ermənistan və Azərbaycan arasında “vasitəçilik səyləri”nə diqqət çəkib:
“Artıq adət halını alıb, Azərbaycanla Ermənistan və Qarabağ separatçıları arasında hər insidentdən sonra Fransa Prezidenti Emmanuel Makron Bakıya zəng edir. Birincisi, Makron bununla göstərir ki, Fransa həm Avropa İttifaqının aparıcı ölkəsi, həm də Minsk qrupunun keçmiş həmsədri kimi Cənubi Qafqazdakı olaylara diqqət edir.
İkincisi, Fransa lideri rusiyalı həmkarı Vladimir Putindən geri qalmaq istəmir.
Olsun. Əsas odur ki, Makron İkinci Qarabağ müharibəsindən fərqli olaraq, birtərəfli mövqe tutmasın və Azərbaycanın da baş verənlərə mövqeyi ilə birbaşa tanış olsun”.