9 Avqust 2022 13:52
2 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Laçın şəhərini tərk etməli olan “qonaqlar” – ermənilər klounluq edrlər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Azərbaycanın bu tarixi şəhərində ermənilərin heç vaxt sayca üstünlük təşkil etmədiyini xatırladıb:

“1992-ci ilə qədər Laçın rayonunda barmaqla sayılacaq sayda erməni ailəsi yaşayırdı. Əhalinin 99 faizi azərbaycanlılardan ibarət idi. Laçına son illərdə Yaxın Şərqdən erməni ailələri köçürülmüşdü. Söhbət cəmi 200-300 ermənidən gedir. İndi onların hazırda Laçını tərk etmələri ilə bağlı qurduqları “drama” baxın. Sanki “ata-babalarının evləri”ni tərk edirlər. Onların ataları Laçında doğulmayıb.

Azərbaycanlıların hazır evlərində oturub, indi “qonaq” olduqları tikililəri tərk edən haylar artist olduqlarını bir daha sübut etdilər. Hayları “qonaq” gəldikləri Qafqazdan onları çox istəyən məmləkətlərə göndərməliyik. Dörd milyondan çox qərbi azərbaycanlı ana yurdlarına qayıtmalıdır”.

Zaur Məmmədov onu da qeyd edib ki, 16 minə qədər olan Qarabağ ermənisini müdafiə edənlər milyonlarla azərbaycanlının Ermənistandakı hüquqları haqqında düşünməli olacaqlar:

“Qarşıdakı aylar və illərdə Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə oranı zorla tərk edən yerli əhali - azərbaycanlıların vəziyyəti əsas mövzulardan biri olacaq. Bu kontekstdə SSRİ tərəfindən əsassız şəkildə qəbul edilən hüquqi aktlar bizim yanımızda olacaq. Bu, yerli və beynəlxalq ekspertlər tərəfindən də dərindən araşdırıla bilər.

Hazırda – Ukrayna və Finlandiyanın gələcək aqibətlərinin Moskva tərəfindən şübhə altına salındığı bir vaxtda 1920-ci illərdə Sovet İttifaqına “Ararat Respublikası”nın hansı ərazilərlə daxil olması məsələsi gündəmdə saxlanılmalıdır.

Ermənistan 1920-1991-ci illər ərzində qanunsuz şəkildə əldə etdiyi 20 min kvadrat kilometr ərazini yiyəsinə - Azərbaycana qaytarmalıdır. Qərbi azərbaycanlıların hansı sənədlərlə torpaqlarından sürgün edildikləri, Qərbi Zəngəzurun, Göyçənin hansı qondarma sənədlərlə Ermənistana verildiyi məsələləri qaldırılmalıdır.

Sayları hazırda 16 min nəfərə qədər olan Qarabağ erməniləri üçün ah-nalə çəkənlər vaxtilə Ermənistanı tərk etməyə məcbur edilən azərbaycanlıların sayının milyonlarla olduğunu unutmasınlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər