Erməni mediası Xankəndidə yanğının oksigen avadanlığı sexində baş verdiyini iddia edib.
Teleqraf.com-un xəbərinə görə, yanğın zamanı sexdə yüksək təzyiqli silindrlər partlayıb.
***
14:39
Xankəndidə obyektlərin birində başlayan yanğından sonra partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xankəndidəki separatçıların “informasiya mərkəzi” məlumat yaylb.
Hazırda hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.
Tezliklə açıqlamanın veriləcəyi bildirilib.