25 Avqust 2022 19:08
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Xankəndidə güclü partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, erməni mediası partlayışın səbəbinin oksigen balonu olduğunu yazsa da, erməni Teleqram kanallarında sensasion detallar yayılıb.

Jurnalist Roman Baqdasaryan bildirib ki, partlayışın baş verdiyi ünvanda ötən il də eyni hadisə yaşanıb və o zaman olay sakinlərdən gizlədilib.

“Ötən il Qarabağ klanının nümayəndələri burada qumbaralar və digər oğurlanmış silahlar saxlayırdılar. Ehtimal ki, qumbaraların bir hissəsi hələ də orda gizlədilir. Dərzi sexi gizli silah saxlama yeridir? Bəlkə, yalan danışmağı dayandıraq?”, - deyə Roman Baqdasaryan bildirib.

Qeyd edək ki, partlayışla bağlı 3 nəfər həbs edilib.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər