29 Avqust 2022 18:33
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putin Qarabağı müzakirə etməyə həvəsli deyil, Ukraynada apardığı işğalçı müharibəyə görə problemi başından aşır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənistan və Rusiya liderləri arasındakı son telefon danışığına diqqət çəkib:

“Rusiya və Ermənistan liderləri Vladimir Putinlə Nikol Paşinyan bu gün telefon danışığı zamanı ikitərəfli münasibətlər və Qarabağ məsələsi ətrafında müzakirələr aparıblar.

İkitərəfli münasibətləri anladıq, bəs Putin və Paşinyan Qarabağla bağlı nəyi müzakirə edə bilərlər? Putin Qarabağı müzakirə etməyə həvəsli deyil, Ukraynada apardığı işğalçı müharibəyə görə problemi başından aşır. Paşinyan isə müxalifəti susdurmaq üçün Qarabağla bağlı Putinlə qısa da olsa, fikir mübadiləsi apardığını cəmiyyətinə göstərməlidir.

Paşinyan anlayır ki, Qarabağ separatçılarının mühasirəsi daralır və separatçılara qarşı növbəti antiterror əməliyyatları qapıdadır. Ona görə də Kreml sahibinə yalvarır ki, Rusiya hərbçiləri Azərbaycan ordusuna irəliləməyə imkan verməsin. Çünki Azərbaycan ordusunun Qarabağdakı uğurları Paşinyanın mövqelərini zəiflədir.

Top Putinin meydanındadır. Rusiya prezidenti azərbaycanlı və türkiyəli həmkarları ilə indiki münasibətlərin davamını istəyirsə, Azərbaycana Qarabağda qayda-qanun yaratmağa mane olmamalıdır. “Qisas” əməliyyatına əngəl olmadı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər