Artıq ötən gündən etibarən Qarabağda yaşayan ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadə etməyə başlayıblar.
Teleqraf.com xəbər verir ki, ermənilərin yoldan istifadəsi ilə bağlı videonu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Tvitter hesabında paylaşıb.
Videoda erməni sürücülərin Rusiya sülhməramlılarının müşayiəti ilə yoldan istifadə etdikləri görünür.
Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
Today the Armenians living in #Azerbaijan’s Qarabagh region have started using the new & comfortable road built by Azerbaijan. pic.twitter.com/ktA3hz3AKo
— Nasimi Aghayev (@NasimiAghayev) August 31, 2022