31 Avqust 2022 15:03
1 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçıların “keçmiş müdafiə naziri” general Mikael Arzumanyanla başlayan həbs dalğası davam edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin keçmiş deputatı Naira Zohrabyanın açıqlamasında bildirilib.

Onun iddiasına görə, Arzumanyandan sonra onun “eks-həmkarı” Cəlal Arutyunyan və Ermənistan ordusunun sabiq baş qərargah rəisi Onik Qasparyan da həbs ediləcək.

Zohrabyan separatçı generalın Baş nazir Nikol Paşinyanın sifarişi ilə həbs edildiyini deyib:

“İstisna etmirəm ki, Araik Arutyunyan da yaxın vaxtlarda həbs olunacaq”.

Dünən həbs edilmiş Mikael Arzumanyan “xidməti vəzifəyə səhlənkar münasibətdə” və “ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda” ittiham edilir. O, Xankəndidən İrəvana gedərkən saxlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər