Kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Laçın şəhərinə səfəri davam edir.
Teleqraf.com xəbər verir ki, media nümayəndələri ermənilər tərəfindən yandırılaraq dağıdılan evlərə, inzibati ərazilərə baş çəkəcək.
Bundan başqa, jurnalistlər şəhər ərazisində Azərbaycan Ordusunun yeni dislokasiya məntəqələriylə, yeni xidməti fəaliyyətə başlayan hərbi polis bölmələri və mühəndis işləriylə yaxından tanış olacaqlar.
Səfər çərçivəsində Laçının Zabux və Sus kəndlərinə də gediləcək.
Teleqraf.com müxbirinin Laçın şəhərindən çəkdiyi fotoları təqdim edirik.