5 Sentyabr 2022 12:53
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası, fitosanitar vəziyyətinin öyrənilməsi və torpaqların əkin dövriyyəsinə daxil edilməsi istiqamətində intensiv işlər görülür".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bakıda keçirilən “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda regional tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələcəkdə bu ərazilərdə zərərli orqanizmlərdən azad zonaların yaradılması nəzərdə tutulur: "Bundan başqa, aparılan islahatlar, müasir çağırışlar nəzərə alınmaqla və beynəlxalq ekspertlərin iştirakı ilə “Bitki sağlamlığı haqqında” yeni qanun layihəsi hazırlanır. Bütün bunların Azərbaycanda və regional miqyasda bitki sağlamlığının, bununla da ərzaq təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verəcəyinə əminliyimizi bildiririk".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər