5 Sentyabr 2022 19:22
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin sentyabrın 7-də Şərq İqtisadi Forumunda Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağ nizamlanması məsələsini müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Qarabağ nizamlanması mövzusunun müzakirə ediləcəyi gözlənilir. Rusiya liderlər arasında üçtərəfli sazişlər əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına hərtərəfli dəstəyini davam etdirir. Rusiya sülhməramlı kontingenti regionun təhlükəsizliyini təmin edir”, - o əlavə edib.

O qeyd edib ki, liderlər həmçinin Rusiya-Ermənistan münasibətlərinin əsas aspektlərini, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər. “Enerji sahəsində əməkdaşlıq inkişaf edir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər