7 Sentyabr 2022 09:05
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brüssel görüşündən sonra Laçın və Kəlbəcər istiqamətində Azərbaycan tərəfinin atəşə tutulması müşahidə olunur. Bunun səbəbi odur ki, Azərbaycan Laçın yoluna nəzarəti ələ keçirərək yeni yolu açdı. Eyni zamanda Laçın rayonu, Sus və Zabux kəndlərini geri aldı. Erməni cəmiyyətində aqressiv əhvalda olan qruplar buna mənfi reaksiya verir. Odur ki, Qarabağ ərazisində Ermənistan ordusunun qalıqları tərəfindən belə davranışlar ortaya qoyulur”.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

Onun fikrincə, belə davranışlar təkrarlanarsa, məsuliyyət bölgədə olan rus sülhməramlıların üzərinə düşür.

Azərbaycan və Ermənistan sərhədindəki son situasiyaya gəldikdə, Oqtay Qasımov qeyd edib ki, bununla da Brüssel görüşü zamanı məsələlərin bir qədər konkretləşməsi, sülh sazişi üzərində işlərin davam etdirilməsi və bununla bağlı hər iki ölkənin XİN-nə tapşırıq verilməsi həm Ermənistandakı aqressiv qüvvələr, həm də xarici oyunçuları narahat edir: “Münaqişənin və gərginliyin qalması maraqlı olan xarici və daxili qüvvələrə sərf edir. Onlar bu gərginliyi yaratmaqla bölgədə və iki dövlət arasında sülh sazişini əngəlləməyə çalışırlar. Məncə, səbəblər budur. Ermənistan hakimiyyətinin də bu məsələlərdə rolu var, onlar da destruktiv fəaliyyətlərini ortaya qoyurlar”.

Politoloq vurğulayıb ki, bu durum Ermənistanın inkasıdır və bölgədəki proseslərin rəvan yolla getməsini istəməyən xarici qüvvələrin burada marağı var: “Xüsusilə, Brüssel görüşünün müəyyən nəticələri bir çox xarici qüvvələri qane etmir”.


Müəllif: Nemət

Oxşar xəbərlər