9 Sentyabr 2022 00:39
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təsəvvür etmək mənim üçün çətindir ki, Azərbaycan bu qədər qısa müddətdə işğaldan azad edilmiş Qarabağda bu qədər quruculuq işləri apara bilib.

Teleqraf.com xəbər verir ki, bu barədə almaniyalı səyyah Yorgen Kuller deyib.

"Şuşa və Ağdama səfər zamanı getdiyimiz yol boyunca çoxlu dağıntılar gördüm. Eyni zamanda yeni evlər, otellər, mağazalar gördüm, fəal tikinti işləri gördüm, yeni yolu gördüm, bu məni çox heyrətləndirdi", - deyə işğal illərində Ermənistan tərəfindən dağıdılmış hər şeyi Azərbaycanın necə bərpa etdiyinə heyran olan səyyah bildirib.

Erməni işğalçılarının Qarabağda hər addımda qoyduqları minalardan danışan həmsöhbətimiz İraqda olduğunu və oxşar problemi, münaqişədən neçə illər keçsə də, minaların insanların həyatına son qoymağa davam etdiyini gördüyünü qeyd edib.

Xatırladaq ki, oktyabrın 8-də 20-dən çox ölkədən məşhur səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Komandanın lideri dünyanın 4 ən böyük səyahət klubundan biri olan ABŞ-ın MTP (Most Traveled Peopler) klubunun yaradıcısı Çarlz Veleydir.

Xarici qonaqlar Şuşa və Ağdamda olub, Füzuli, Xocavənd və Zəngilan rayonlarına, o cümlədən Ağali "ağıllı" kəndi və Cəbrayılı ziyarət edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər