“Son bir neçə gündə Ruben Vardanyanla iki dəfə görüşmüşəm, onunla əməkdaşlığın istiqamətlərini müzakirə etmişəm”.
Teleqraf.com xəbər verir ki, bunu Xankəndidəki separatçıların nümayəndəsi Artak Beqlaryan deyib.
Beqlaryan etiraf edib ki, Vardanyan Xankəndiyə köçməzdən əvvəl (işğal dövründə) Qarabağda “bəzi layihələr” həyata keçirib.
Ruben Vardanyan bundan əvvəl separatçıların başçısı Araik Arutyunyanla görüşüb.
Qeyd edək ki, Ruben Vardanyan işğal dövründə həmişə Azərbaycan ərazilərindəki separatçılarla əlaqədə olub. O, Livan, Suriya və digər ölkələrdən erməni ailələrinin qanunsuz şəkildə Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsinin əsas təşkilatçılarından və maliyyə mənbələrindən biri olub.
Eyni zamanda, “çirkli pullar”ın yuyulmasından tutmuş, qanunsuz narkotik və silah ticarətinə qədər cinayət əməlləri törədib. Bir neçə gündür Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Xankəndidə peyda olan Vardanyan bölgədə separatizmi qızışdıracaq mesajlar verməyə başlayıb.