12 Sentyabr 2022 19:45
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni separatçı və cinayətkarların hər gün sərhəddə atəş açması təsadüfi deyil. Fakt odur ki, Ermənistan baş naziri Nikol Paşinyan bütövlükdə Ermənistan, eləcə də Qarabağ separatçıları üzərində tam nəzarəti təmin edə bilməyib. Son təxribatçı hadisələrin Ermənistan mərkəzi hakimiyyətinin xətti olduğunu desəm, məncə, bu yanlış olardı. Ermənistanda hələ də mərkəzi hakimiyyətə tabe olmayan siyasi və hərbi qüvvələr var, onlar özlərini belə təxribatçı davranışları ilə büruzə verirlər”.

Bunu Teleqraf.com-a politoloq Qabil Hseynli son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində və Qarabağdakı sülhməramlıların məsuliyyət zonasında erməni qüvvələrinin təxribatlarını şərh edərkən deyib.

Professor əmindir ki, məhz “Qarabağ” klanına, Ermənistandakı revanşist qüvvələrə yaxın olan və Daşnaksütyunun tör-töküntüləri belə təxribatçı addımlara gedirlər:

"Mütəmadi olaraq atəşkəsin pozulması bu qüvvələrin bilavasitə göstərişi ilə həyata keçirilir. Bu gün Ermənistan hökuməti ölkənin Müdafiə Nazirliyinə nəzarəti tam olaraq həyata keçirə bilmir. Burada daha çox “Qarabağ” klanı və revanşist qüvvələrə bağlı generallar, orta zabit heyəti qalır. Eləcə də sıravi əsgərlərin içərisində də belələrini tapmaq mümkündür.

Bundan başqa, Qarabağın dağlıq hissəsində Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri də qalmaqda davam edir. Onlar da təxribat və qarışıqlıq yaratmaqda davam edirlər. Məncə, bu səbəbdən də danışıqların olmasına rəğmən ermənilər tərəfindən təxribatlar baş verir”.

Qabil Hüseynli əmindir ki, belə təxribatlar davamlı həyata keçirilə bilməz, hazırda Azərbaycan Ordusu prosesə tam nəzarət edir və lazım gəlsə, bu cür hallara qarşı cəza tədbirləri tətbiq edilə bilər.


Müəllif: Nemət

Oxşar xəbərlər