Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Bakı vaxtı ilə saat 9:15-də Azərbaycan ordusunun “Qətiyyətli cavab” əməliyyatı uğurla başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Caliber” nəşri məlumat yayıb.
“Ən qısa müddətdə, ən yüksək peşəkarlıqla və dəqiqliklə həyata keçirilib (mülki obyektlərə ziyan dəyməyib). Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazım olacaq.
Bizdə olan məlumatlara görə, Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralı da var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edildi - dəyəri yarım milyard dollardan çox olan avadanlıq məhv edildi.
Azərbaycan ordusu sərhəd zolağında, bildiyiniz kimi, delimitasiyası olmayan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual və atəşlə nəzarətə götürülüb”.