Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi təxribatın qarşısını alarkən şəhid olan əsgəri Nicat Qarazadə Bakıda dəfn edilib.
Teleqraf.com xəbər verir ki, şəhid 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb.
Mərasimdə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov, dövlət rəsmiləri, deputatlar, N.Qarazadənin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Nicat Malik oğlu Qarazadə 2002-ci ildə anadan olub.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu hadisələr zamanı ölkəsinin 135 hərbçi itirdiyini etiraf edib.
Hazırda sərhəddə vəziyyət sabitdir, atəşkəsə əməl olunur.
Xatırladaq ki, Ermənistan ordusunun törətdiyi təxribatların qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələrinin 79 hərbi qulluqçusu şəhid olub, 282 hərbi qulluqçusu yaralanıb.