17 Sentyabr 2022 18:09
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıda, İrəvanda, həmçinin Vyanada keçirilən təcili görüşlərdən sonra Brüsselə qayıtdım. Mürəkkəb və bəzən emosional fikir mübadilələri oldu. Hələ bir çox problem var, lakin atəşkəsin davam edəcəyinə ümid edirik. Danışıqlara qayıtmaq lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviterdə yazıb.

O qeyd edib ki, Aİ ən yüksək səviyyədə məsələ ilə məşğul olur: “Bizim məqsədimiz Ermənistan və Azərbaycana sabit, təhlükəsiz və firavan Cənubi Qafqazı təmin edəcək hərtərəfli və davamlı razılaşmaya nail olmaqda kömək etməkdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər