21 Sentyabr 2022 00:57
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcər rayonunun Tirkeşəvənd kəndində avtomobili aşıb.

Teleqraf.com "Report"a istinadən məlumat verir ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Tural Əliyev və 1982-ci il təvəllüdlü Ramiz Əmrahov müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com