“Qarabağ məsələsi ilə bağlı mövqeyimiz dəyişməzdir, biz beynəlxalq hüquq çərçivəsində qarşılıqlı məqbul həll variantının sülh yolu ilə əldə olunmasına töhfə veririk”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Yunanıstan xarici işlər naziri Nikos Dendias deyib.
Nazir beynəlxalq hüquqa hörmət etməyin zəruriliyini vurğulayıb.
“Sülh güc tətbiqi şəraitində bərqərar ola bilməz. Bu, Qafqaza və bütün dünyaya aiddir. Coğrafiyanı dəyişdirə bilmərik, amma insanlar yan-yana dinc yaşaya bilməlidirlər”, - Dendias əlavə edib.