1 Oktyabr 2022 14:00
1 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük müharibədə və Azərbaycanla sərhəddə son toqquşmalarda ölən hərbçilərin sayı açıqlanandan daha çoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müxalifətdə olan Respublika partiyasının sədr müavini Armen Aşotyan deyib.

Siyasətçi Baş nazir Nikol Paşinyanın həqiqəti Ermənistan cəmiyyətindən gizlətdiyini söyləyib. Aşotyanın iddiasına görə, Paşinyan bunu cəmiyyətin qəzəbindən qorxduğu üçün edir.

“Paşinyanın həyatlarını itirən hərbçilərin adlarını açıqlamamasının yeganə səbəbi odur ki, biz həqiqi sayı bilməyək”, - siyasətçi bildirib.

Ermənistanın üç keçmiş prezidentinin – Levon Ter-Petrosyan, Serj Sərkisyan və Robert Köçəryanın indiki çətin durumda Paşinyana dəstək təklifinə toxunan Aşotyan deyib ki, baş nazir buna dünən cavab verib:

“Paşinyan dedi ki, siz mənə lazım deyilsiniz, bütün məsuliyyət mənim üzərimdədir. Amma siz onun məsuliyyət daşıdığını görmüsünüzmü? O, heç vaxt heç nəyə görəsə məsuliyyət daşımayıb”.

Siyasətçi Nikol Paşinyanın artıq Bakı ilə Qarabağ məsələsini müzakirə etmədiyini də söyləyib.

Aşotyanın fikrincə, Ermənistan baş naziri bunu Azərbaycanın daxili işi olduğunu qəbul etdiyi üçün Qarabağ məsələsini Bakı ilə müzakirə etmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər