3 Oktyabr 2022 17:40
2 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olundu:

***

14:09

“Qarabağ və Zəngəzur dəhlizi məsələləri ilə bağlı Kreml və Ağ Ev arasında fikirlər fərqlidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Ermənistan-Azərbaycan prosesindəki son gəlişmələrə diqqət çəkib:

“Son gərginliklər fonunda dünən Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş baş tutdu. Mətbuata verilən açıqlamalardan belə bir qənaətə gəlmək olar ki, görüşdə konkret qərarlar qəbul edilməyib, bundan sonrakı görüşlərdə konkret işlər üzrə işçi qruplarının fəaliyyəti nəzərdə tutulmayıb.

Xatırladım ki, 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından sonra keçirilən Moskva, Brüssel və Soçi görüşlərində demarkasiya və Zəngəzur dəhlizi ilə bağlı işçi qruplarının görüşləri nəzərdə tutulsa da, birinci məsələ ilə bağlı hələ də ortada konkret proses yoxdur və xəritələr bəlli deyil.

Zəngəzurla bağlı Overçukun son açıqlaması da onu göstərir ki, bu məsələdə Azərbaycanın hər iki tərəflə fikir ayrılıqları var. Overçuk öz açıqlamasında Ermənistanın xətt üzərində tam suverenliyindən danışıb. Vaşinqton və Brüsselin Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə gəldikdə, onlar bu xəttin Ermənistandan keçən hissəsinin Rusiya orqanları tərəfindən kurasiya olunmasına qarşıdır. Qarabağla bağlı da Kreml və Ağ Ev arasında fikirlər fərqlidir.

Bakı Azərbaycan və Ermənistan arasında ziddiyyət doğuran bütün məsələlərin kompleks həllini nəzərdə tutan sülh müqaviləsinin imzalanmasını əsas məqsəd kimi görür. Əlbəttə, Azərbaycan haqlıdır. Hamıya məlumdur ki, həm sərhədyanı ərazilərdə, həm də Qarabağın dağlıq hissəsində baş verən toqquşmaların əsl səbəbi Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Sərhədlərin tanınması və demarkasiya xəttinin çəkilməsinin uzadılması isə gələcəkdə müharibə riskini kifayət qədər artırır.

Paşinyanın Rusiya faktorunu nəzərə alaraq, yaxın iki-üç ilə qədər vaxtı uzatmağa cəhd göstərəcəyinin şahidi ola bilərik. Bizim üçün isə ən yaxşı vaxt elə indidir. Türkiyə və Rusiyadakı siyasi hakimiyyətlər baxımından da məqbul zamandır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər