13 Oktyabr 2022 12:00
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mobil operator “Nar” abunəçilərinə şəxsi inkişafı dəstəkləyən mobil tətbiqlərdən 70% endirimlə istifadə etmə fürsəti verir. İngilis dilini yeni öyrənənlər və dil biliklərini təkmilləşdirmək istəyənlər ayda cəmi 5 AZN ödəməklə “FluentWorlds” və 7.70 AZN ödəməklə “Lingokids” tətbiqlərindən yararlana bilərlər. Üstəlik, “Nar” abunəçiləri hər iki tətbiqi 1 ay müddətində pulsuz istifadə edib sınaya bilərlər.

Teleqraf.com xəbər verir ki, bu tətbiqlər həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulur. “FluentWorlds” ingilis dilini öyrənmək üçün 3D formatda real vəziyyətlər, söhbətlər və ssenarilərlə istifadəçiləri istiqamətləndirən ilk dil öyrənmə proqramıdır. “Lingokids” proqramı isə əyləncəli oyunlar vasitəsilə ingilis dilini öyrənməyə, həmçinin ünsiyyət bacarıqlarını təkmilləşdirməyə və uşaqların yaradıcı düşüncəsini inkişaf etdirməyə kömək edir.

“Nar”ın təqdim etdiyi endirimdən faydalanmaq üçün ətraflı məlumatı nar.az/fluentworlds və nar.az/lingokids səhifələrindən əldə edə bilərsiniz. “Nar” endirimi olmadan “FluentWorlds” üçün aylıq abunə haqqı 16.99 AZN, “LingoKids” üçün isə 25.50 AZN-dir. Tətbiqləri “App Store” və “Play Store”-dan yükləmək mümkündür.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər