17 Oktyabr 2022 15:49
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə İrəvana gedən separatçıların lideri Araik Arutyunyanın başçılıq etdiyi heyət Xankəndinə qayıdıb.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası bildirib.

Qeyd edək ki, İrəvan danışıqlarından suyu süzülə-süzülə Xankəndinə qayıdan separatçılar Ermənistanın paytaxtında keçirilən görüşlərin təfərrüatlarının təqdim olunacağı bir sıra görüşlər və müzakirələr aparacaq.

Bundan başqa, sabah separatçı cinayətkarların sözdə “hökumətinin” geniş tərkibdə iclasının çağırılması planlaşdırılır.

Cinayətkar Araik Arutyunyanın isə yaxın günlərdə geniş müsahibəsi gözlənilir.

Separatçıların İrəvan görüşləri və geri qayıtmasından sonra verilən açıqlama göstərir ki, onlar istədiklərini əldə edə bilməyib. Bu isə separatçıların Azərbaycanın sistemli və qəti siyasəti nəticəsində ağır vəziyyətlə üzləşəcəyini göstərir.

Xatırladaq ki, bir müddət əvvəl “Hraparak” qəzeti açıq yazırdı ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son bəyanatı Qarabağın siyasi meydanında tam konsensus formalaşdırıb.


Müəllif: Nemət

Oxşar xəbərlər