18 Oktyabr 2022 12:22
1 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan artıq heç nəyin ondan asılı olmadığını deyib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti yazır.

Nəşr Ermənistan baş nazirinin artıq Qarabağ separatçıları ilə görüşməkdə maraqlı olmadığını bildirib: “Araik Arutyunyanın başçılıq etdiyi nümayəndə heyəti ötən həftə İrəvanda olub. Onlar uzun müddət Nikol Paşinyanla görüşməyə çalışsalar da, yalnız bir neçə gün gözlədikdən sonra həmin görüş baş tutdu”.

Nəşr qeyd edir ki, separatçılar Araikin Paşinyanla görüşündən narazıdırlar:

“Qarabağ erməniləri bu dəfə Arutyunyanın İrəvana səfərinə etiraz etdilər. Çünki çoxlarında belə təəssürat yaranır ki, Arutyunyan Paşinyanı yola gətirmək üçün belə səfərlər edir.

Əldə etdiyimiz məlumata görə, Paşinyanın Qarabağın qalan hissəsini də təhvil verməyə hazırlaşır və bu da hər kəsə məlumdur. Amma Arutyunyan addım atmağa tələsmir”.

Qəzetin yazdığına görə, separatçı rejimin nümayəndələri İrəvandan çox məyus halda qayıdıblar:

“Onlar aydın başa düşürlər ki, Paşinyanın çox şeylər barədə açıq-aşkar yayınmağa çalışır. O, artıq heç bir şeyin ondan asılı olmadığını bildirib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər