18 Oktyabr 2022 12:49
1 792
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Laçın dəhlizini tamamilə bağlaya bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

“Azərbaycan ilkin şərt kimi Zəngəzur dəhlizi məsələsini yenidən aktivləşdirib. Türkiyə xarici işlər naziri də Laçın və Zəngəzur dəhlizlərinin eyni statusa malik olmasının lazım olduğunu açıqlayıb. Azərbaycan prezidenti bu haqda daha əvvəl danışıb. Amma indiki mərhələdə bu məsələ daha qabarıq formada gündəmə gətirilir.

Bu o deməkdir ki, Laçın dəhlizində Azərbaycanın nəzarət-keçid məntəqəsi yaradıla bilər. Bunu Azərbaycanla yanaşı, Türkiyə də gündəmə gətirir”, - deputat bildirib.

Abramyan qeyd edib ki, 10 noyabr üçtərəfli bəyanatına əsasən Laçın yoluna Rusiya sülhməramlıları nəzarət etsə də, bu, Azərbaycana bu yöndə addım atmaq üçün maneə deyil.

Deputat Laçın dəhlizində Azərbaycanın keçid-nəzarət məntəqəsinin yaradılmasından sonra bu yolun tamamilə bağlana biləcəyini də istisna etməyib. Bununla Azərbaycanın Ermənistan hökumətinə seçim imkanı vermədiyini bildirən Abramyan Ermənistan ərazisindən keçəcək dəhlizin açılmasının zaman məsələsi olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bundan əvvəl Zəngəzur və Laçın dəhlizlərinin eyni statusda olmalı olduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər