18 Oktyabr 2022 20:58
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyanı Laçına alternativ olan dəhlizin necə olacağı maraqlandırmır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ermənisan-Azərbaycan prosesindəki son gəlişmələrə diqqət çəkib:

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu müxtəlif zaman kəsiklərində eyni fikri səsləndiriblər: “Qərbi Zəngəzurda nə olacaqsa, Laçın istiqamətində də o olacaq”.

Yəni Zəngəzur dəhlizi açıq olacaqsa, Laçına alternativ inşa olunan yeni yol da açıq olacaq, yox əgər Ermənistan Qərbi Zəngəzurda gömrük və sərhəd xidməti vasitəsilə Azərbaycan vətəndaşlarını yoxlayaraq keçirəcəksə, Ermənistanla Qarabağı birləşdirən yolda da Azərbaycanın gömrük və sərhəd xidməti fəaliyyət göstərəcək.

Əslində Qərbi Zəngəzurla bağlı məsələnin həllini gözləmədən gömrük və sərhəd xidmətimiz Ermənistanla Qarabağ arasındakı yolda fəaliyyətə başlamalıdır. Doğrudur, bu halda Qərbi Zəngəzurun açıq dəhliz olması ehtimalı azalacaq. Bütün hallarda Ermənistanla Qarabağı arasındakı yola nəzarətimiz olmalıdır, əks halda keçmiş illərdə olduğu kimi bu yoldan silah-sursat keçirmək üçün istifadə ediləcək, xarici vətəndaşlar Azərbaycanın icazəsi olmadan Xankəndiyə gələcəklər. Buna son vermək lazımdır.

Ermənistan Baş naziri Nikol Paşinyanı Laçına alternativ olan dəhlizin necə olacağı maraqlandırmır. Əgər Paşinyan Qarabağ yükünü daşımaq istəmirsə, həmin yol da onu maraqlandırmır, üstəgəl, separatçıların büdcəsinə də maliyyə ayırmaq istəmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər