Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Ak Parti sədrinin müavini Binəli Yıldırım Zəngilandan paylaşım edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
“Can Azərbaycanın işğaldan azad edilən ərazilərində Zəngilan Beynəlxalq Hava Limanı, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak etdik”, - B.Yıldırıb bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir. Onu müşayət edənlər arasında B.Yıldırım da var.
Can Azerbaycan’ın işgalden kurtarılan topraklarında Zengilan Havalimanı ve Dost Agropark Zengilan Akıllı Tarım Köyü Projesi’nin ilk etabının açılışını gerçekleştirdik.
— Binali Yıldırım (@BY) October 20, 2022
Hayırlı olsun. #TekMilletİkiDevlet pic.twitter.com/EItwghatfB