20 Oktyabr 2022 18:37
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edildi və Azərbaycan bayrağı qaldırıldı. Bundan sonra Ermənistan təslim oldu. Bütün bu şanlı tarix bizim müştərək tariximizdir".

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında bildirib.

“İkinci Qarabağ savaşının ilk saatlarından əziz qardaşım, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır və bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu, bizə əlavə güc verirdi, bu, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını alırdı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı”, - deyə dövlət başçısı qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər