21 Oktyabr 2022 15:29
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncamla “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.

Müşahidə Şurasının sədri:

Aydın Kərimov – Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi

Müşahidə Şurasının üzvləri:

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

Elnur Əliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər