Ombudsman təsisatının yaradılmasının 20 illiyi münasibəti ilə Bakıda keçirilən Beynəlxalq konfransın iştirakçıları işğaldan azad edilmiş Ağdam rayonuna səfər ediblər.
Teleqraf.com xəbər verir ki, BMT-nin eksperti Afərin Şahidzadə Ağdam şəhəri üçün gözləntilərinin fəqli olduğunu bildirib:
“Buranı dinamik şəhər kimi təsəvvür edirdim. Ağdamı görəndə şok keçirdim. Bu cür cinayət əməlləri qəbuledilməzdir”.