25 Oktyabr 2022 01:09
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında Qubadlı şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümü ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən 2 il ötür.

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər