Rusiya uzun illər Ermənistana təklif edirdi ki, 5 rayonu Bakıya verməklə Qarabağ problemini həll etsin.
Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunda çıxışı zamanı deyib.
“Uzun illər erməni tərəfi ilə dialoq aparırdıq və Qarabağla bağlı məsələni həll etməyi təklif etmişdik. Faktiki olaraq Ermənistan Azərbaycanın 7 rayonuna nəzarət edirdi. Biz dedik: Gəlin, münasibətlərin normallaşmasına doğru addımlayaq, 2 rayon var, böyük rayonlar... Hansısa mərhələdə Azərbaycanla razılaşaq. 5 rayonu verin, onlar lazım deyil, sadəcə boşdur, insanlar oradan sadəcə qovulub. Nə üçün bu rayonları saxlayaq? Heç bir mənası yoxdur.
Qarabağla əlaqə üçün 2 rayon (Laçın və Kəlbəcər nəzərdə tutulur - red.) kifayət qədər böyükdür. Düşünürdük ki, qaçqınların ora qayıtması ədalətli olardı. Bu, bütövlükdə regionda vəziyyətin normallaşması istiqamətində yaxşı addım olardı. Amma Ermənistan rəhbərliyi öz yolu ilə getdi, bildiyiniz kimi, bu, bu gün yaranmış vəziyyətə gətirib çıxardı”, - Kreml rəhbəri bildirib.