28 Oktyabr 2022 17:26
2 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ilə Ukrayna arasında başlayan savaş artıq doqquzuncu aya keçib. Əslində müharibənin doqquz aydır getməsi ona dəlalət edir ki, prosesdə Ukrayna qalibdir. Çünki Rusiya 3-4 günə paytaxt Kiyevi tutmaq, oradakı qanuni hakimiyyəti devirmək, qələbə paradı keçirmək kimi planları vardı. İndi Rusiya doqquz ayda məqsədinə çatmaq əvəzinə böyük itkilərə məruz qalıbsa, dünyadan izolyasiya edilibsə, elə bu nəticə Ukraynanın qələbəsidir”.

Bunu Teleqaraf.com-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O qeyd edib ki, Avropa və Amerika Rusiyanı tədricən məğlub etməyə çalışırlar: “Müşahidələr göstərir ki, əgər Qərb arzulasa, Rusiyanı bir neçə günə məğlub duruma sala bilər. Ancaq Rusiyanı qısa bir müddətə məğlub etmək kifayət etmir. Rusiyanı elə vəziyyətə salmaq lazımdır ki, bütövlükdə gələcəkdə də baş qaldıra bilməsin. Bunun üçün Rusiya özünün resurslarını tədricən itirməlidir. Hazırda Rusiya öz resurslarını xərcləyib qurtarır. Bura insan, silah, intellektual resurslar daxildir. Bu gün Rusiyadan xaricə qaçan ziyalılar əslində hiss edilməyən nəhəng beyin axınıdır. Rusiyanın bütün intellekti ölkədən gedir. Bu proses Rusiya dövlət kimi çökənə qədər davam etməlidir”.

Partiya sədri bildirib ki, Rusiya-Ukrayna müharibəsi davam edəcək: “Bunu da Avropa və ABŞ mütəxəssislərinin dedikləri də sübut edir: “Ukrayna müharibəsinin dayanmasına Rusiya tərəfdar ola bilər. Ancaq iş orasındadır ki, indi heç kim sülh danışıqları və müvəqqəti atəşkəsə razı deyil. Bu da müharibənin davam edəcəyini ortaya çıxarır”.


Müəllif: Nemət

Oxşar xəbərlər