29 Oktyabr 2022 14:18
4 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin sözçüsü Dmitri Peskov Soçidə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsindəki Rusiya sülhməramlılarının mandatının uzadılmasına dair sənədin imzalanmasının mümkünlüyünü şərh edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Görüşü gözləmək lazımdır”, - Peskov bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan sülhməramlıların mandatının uzadılması təklifi ilə çıxış edib.

O, Azərbaycan və Rusiya liderləri ilə keçirəcəyi görüşdə belə bir sənədi imzalamağa hazır olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər