İlk dəfə olaraq Ermənistanın katalikosu II Qareginin “xeyir-dua”sı ilə “Xankəndi kilsəsi”ndə keşiş təyinetmə mərasimi keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Xankəndində baş tutacaq mərasimdə Qor Qurcyana keşiş statusu veriləcək.
Mərasimdə separatçıların baş keşişi Ter Vrtanes də iştirak edəcək.