Rusiya sülhməramlılarının müşayiəti ilə “erməni zəvvarlar” Amaras monastırını ziyarət ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının Teleqram kanalında dərc olunan məlumatında deyilir.
Məlumatda tarixlə və Azərbaycan əraziləri ilə bağlı ciddi səhvə və təxribata yol verilib.
Açıqlamada “orta əsrlərdə mövcud olmuş Ermənistan”, “Dağlıq Qarabağ və burada mövcud olan Martuni rayonu”ndan dan bəhs olunur.
Həmin məlumatda deyilir:
“Rusiya sülhməramlı qüvvələrinin hərbçilərinin dəstəyi ilə zəvvarlar Dağlıq Qarabağda, təmas xəttinin yaxınlığında yerləşən qədim Amaras monastır kompleksini ziyarət ediblər.
Amaras monastırı Martuni rayonunda yerləşən erkən orta əsr xristian monastırlarından biridir. Orta əsrlərdə Ermənistanda Amaras monastır kompleksi tanınmış dini və mədəni mərkəzi statusuna malik olub”.
Qeyd edək ki, Azərbaycan ərazilərində “Dağlıq Qarabağ” adlı bölgə yoxdur, Qarabağ İqtisadi Rayonu var. Eləcə də “Martuni” yox, Xocavənd. Monastır da Xocavənd rayonunun Sos kəndində yerləşir.
Beləliklə, Amaras monastırı Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən xristian monastırıdır. Monastır Albaniya dövründə inşa olunub. Monastır qədim Albaniya və Qafqazın birinci katolikosu Qriqorisin adı ilə əlaqələndirilir.