Rusiyanın RBC telekanalı separatçı Ruben Vardanyanla “eksklüziv müsahibə”ni yayımlamaqdan imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko məlumat verib.
“Doğru qərardır. Rusiyanın Fransa Senatına, separatçılara və onların pul kisələrinə dəstək verəcəyi heç nəyi yoxdur.
RBC telekanalı İlya Doronovun “artsax naziri” Ruben Vardanyanla elan etdiyi “eksklüziv müsahibə”sini yayımlamaqdan imtina edib”, - ekspert bildirib.
Korotçenko əlavə edib:
"Əgər Ermənistan Qarabağ ermənilərini maliyyələşdirməyə davam etmək istəyirsə, o zaman ilk növbədə bu vəsaiti Azərbaycanın büdcəsinə köçürməlidir. Bakı bu pulları Qarabağda necə dəyərləndirəcəyinə qərar verəcək".