21 Noyabr 2022 13:51
271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 119 mina aşkarlayıb.

ANAMA-dan Teleqraf.com-a verilən məlumata görə, noyabrın 14-dən 19-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 23 mina və 345 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 358 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Müəllif: Teleqraf.com