8 Dekabr 2022 16:19
2 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvan Qarabağ məsələsinin həlli ilə bağlı təhlükəsizlik təminatının formalaşdırılmasının tərəfdarıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Qriqoryan jurnalistin “Ermənistan Qarabağla bağlı hansı versiyanın tərəfdarıdır” sualına belə cavab verib:

“İrəvan təhlükəsizlik təminatlarının və mexanizminin yaradılmasının tərəfdarıdır. Eləcə də Qarabağla (Qarabağ erməniləri ilə) Azərbaycan arasında hüquq və təhlükəsizliklə bağlı müzakirələrin aparılmasının. Bu, sülh müqaviləsi və ya başqa beynəlxalq mexanizmlə də ola bilər”.

Ermənistan Təhlükəsizlik Şurası rəhbərinin açıqlamasında “status” məsələsinin yer almaması diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər