12 Dekabr 2022 17:33
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ruslar yenidən Azərbaycan ərazilərində özünümüdafiə, polis qüvvələri adı altında qeyri-qanuni erməni biləşmələrini gücləndirməyə səy göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.

Ekspert Laçın yolunda keçirilən etiraz aksiyasına diqqət çəkib:

“Azərbaycanın QHT təmsilçiləri Rusiya sülhməramlı kontingentindən Azərbaycanın suveren ərazisində ekologiyaya ziyan vurulmasının, ekoloji fəlakətin qarşısının alınması üçün monitorinq aparılmasına imkan yaradılmasını, buna mane olmaq cəhdlərinin isə əngəllənməməsini tələb edirlər. Bu etiraz aksiyasının keçirilməsinə Rusiya sülhməramlı kontingeti rəhbərliyinin müvafiq dövlət orqanlarının bununla əlaqədar müraciətlərini təmin etməməsi, vədlərini yerinə yetirməməsi, erməni separatçılarının təxribatçı hərəkətlərinin qarşısını almaması səbəb olub. BMT-ni, aparıcı ətraf mühiti müdafiə təşkilatlarını bu məsələyə diqqət yetirməyə çağırırıq.

Rusiya sülhməramlı kontingetinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış dövlət sərhədləri daxilində və yurisdiksiyası altında olan ərazilərində mis-molibden yataqlarının istsimarı zamanı ətaf mühitə ziyan vurulmaması məqsədilə dövlət orqanlarının monitorinq keçirməsinə mane olması, imkan yaratmaması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

BMT sülhməramlı fəaliyyətində üç əsas prinsipi rəhbər tutur: tərəflərin razılığı; qərəzsizlik; özünümüdafiə və mandatın müdafiəsi istisna olmaqla güc tətbiq etməmək. Rusiya Sülhməramlı kontingeti isə bu prinsipləri rəhbər tutmur və Azərbaycan, Ermənistan, Rusiyanın imzaladığı 10 noyabr bəyanatının müəyyən etdiyi öhdəlikləri yerinə yetirmir.

Sözügedən bəyanatda bildirilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Yəni sülhməramlıların məsuliyyət zonasında yalnız müvəqqəti yerləşdirilmiş rus hərbçiləri qalmalı idi. Reallıqda isə ruslar yenidən özünümüdafiə, polis qüvvələri adı altında qeyri-qanuni erməni biləşmələrini gücləndirməyə səy göstərirlər. Bütün bunlara etiraz edən və Laçın dəhlizində etiraz aksiyası keçirən Azərbaycan QHT-lərinin tələbləri haqlıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər